Ümummilli lider Heydər Əliyevin məzarını Şəhidlər xiyabanını ziyarət

 

AzərTAc xəbər verir ki, M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasının 85 illik yubiley tədbirlərinin, Türkdilli ölkələrin Milli Kitabxana direktorlarının II Beynəlxalq konfransının "Avrasiya Kitabxanalar Assambleyası" Qeyri-Kommersiya Əməkdaşlıq Təşkilatının X ümumi iclasının iştirakçıları noyabrın 17- Fəxri xiyabana gələrək, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin məzarı önünə əklil qoymuş, ulu öndərin xatirəsini ehtiramla yad etmişlər.

Qonaqlar görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın da məzarına gül dəstələri düzmüşlər.

Beynəlxalq tədbirlərin iştirakçıları daha sonra Şəhidlər xiyabanında olmuşlar. Onlar Azərbaycanın suverenliyi ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəman Vətən övladlarının məzarı üstünə tər qərənfillər qoymuşlar. Qonaqlar paytaxtın yüksək nöqtəsindən Bakının mənzərəsini seyr etmişlər.

 

 

Azərbaycan.- 2008.-18 noyabr.-S.6.