Böyük Britaniyanın kral ailəsinin üzvü, York hersoqu, şahzadə Endryu Azərbaycana səfərə gəlmişdir

 

AzərTAc xəbər verir ki, Böyük Britaniyanın kral ailəsinin üzvü, York hersoqu, şahzadə Endryu noyabrın 22-də Azərbaycana səfərə gəlmişdir.

Heydər Əliyev adına Beynəlxalq Hava Limanında hörmətli qonağı Azərbaycanın ekologiya təbii sərvətlər naziri Hüseynqulu Bağırov, Böyük Britaniyanın ölkəmizdəki səfiri xanım Kerolin Braun digər rəsmi şəxslər qarşıladılar.

Qarşılanma mərasimindən sonra Hava Limanının ali qonaqlar üçün salonunda nazir Hüseynqulu Bağırov şahzadə Endryu arasında qısa protokol söhbəti oldu.

Şahzadə Endryu Hava Limanından onun üçün ayrılmış iqamətgaha yola düşdü.

 

 

Azərbaycan.-2008.-23 noyabr.-S.2.