Ümummilli lider Heydər Əliyevin məzarını Şəhidlər xiyabanını ziyarət

 

AzərTAc xəbər verir ki, Bakıda hərbçilər arasında boks üzrə 52-ci dünya çempionatının iştirakçıları noyabrın 23-də Fəxri xiyabana gələrək ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad etmiş, məzarı önünə əklil qoymuşlar.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da məzarı üzərinə tər güllər düzülmüşdür.

Sonra çempionatın iştirakçıları Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini anmış, məzarları üzərinə güllər düzmüş, "Əbədi məşəl" abidəsinin önünə əklil qoymuşlar.

Onlar Bakının ən yüksək nöqtəsindən paytaxtın mənzərəsini seyr etmişlər.

 

 

Azərbaycan.-2008.-25 noyabr.-S.3.