Romanın "Çampino" hərbi hava limanında qarşılanma

 

AzərTAc-ın xüsusi müxbiri xəbər verir ki, noyabrın 25-də Azərbaycan Prezidenti İlham Əliyev İtaliya paytaxtına gəlmişdir.

Azərbaycanın və İtaliyanın dövlət bayraqları ilə bəzədilmiş Romanın "Çampino" hərbi hava limanında dövlətimizin başçısına və xanımı Mehriban Əliyevaya gül dəstələri təqdim olundu.

Prezident İlham Əliyevi İtaliyanın yüksək vəzifəli dövlət və hökumət nümayəndələri böyük hörmətlə qarşıladılar.

Azərbaycan Prezidenti hava limanından onun üçün ayrılmış iqamətgaha yola düşdü.

 

Azərbaycan.-2008.-26 noyabr.-S.1.