Hava limanında qarşılanma

 

Azərbaycanın Türkmənistanın dövlət bayraqları ilə bəzədilmiş Saparmurad Türkmənbaşı adına Beynəlxalq Hava Limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Prezident İlham Əliyevi Türkmənistanın yüksək vəzifəli dövlət və hökumət nümayəndələri böyük hörmətlə qarşıladılar.
Milli geyimli oğlan və qız Azərbaycan Prezidentinə gül dəstəsi təqdim etdilər.

Azərbaycan Prezidenti fəxri motosikletçilər dəstəsinin müşayiəti ilə hava limanından yola düşdü.

 

 

AzərTAc

 

Azərbaycan.-2008.-29 noyabr.-S.1.