Sənədlərin imzalanması

 

Bakı (Azərbaycan Respublikası) və Türkmənbaşı (Türkmənistan) limanları vasitəsilə beynəlxalq dəmir yolu - bərə xəttində yüklərin daşınmasının, yük vaqonlarının və konteynerlərin istismarının, nömrələr üzrə qeydiyyatının və onlardan istifadəyə görə hesablaşmanın təşkili haqqında sazişi Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədov, Türkmənistanın dəmir yolu nəqliyyatı naziri Dəryaqulu Məhəmmədquliyev imzaladılar.

Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə Türkmənistanın Təhsil Nazirliyi arasında təhsil sahəsində əməkdaşlıq haqqında sazişi Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov, Türkmənistanın təhsil naziri Məhəmmədgəldi Annaamanov imzaladılar.

Azərbaycan Respublikası Hökuməti və Türkmənistan Hökuməti arasında Bakı (Azərbaycan Respublikası) və Türkmənbaşı (Türkmənistan) limanları vasitəsilə birbaşa beynəlxalq dəmir yolu - bərə əlaqəsinin təşkili haqqında sazişi Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədov, Türkmənistanın Nazirlər Kabineti sədrinin müavini Nəzərqulu Şaquliyev imzaladılar.

Azərbaycan Respublikası Hökuməti və Türkmənistan Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Türkmənistan hökumətlərarası komissiyası haqqında sazişi Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubov, Türkmənistan Nazirlər Kabineti sədrinin müavini Xıdır Saparlıyev imzaladılar.

 

 

AzərTAc

 

Azərbaycan.-2008.-29 noyabr.-S.2.