Türkmənistanın Müstəqillik abidəsi kompleksini ziyarət

 

AzərTAc-ın xüsusi müxbiri xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 28-də Türkmənistanın Müstəqillik abidəsini ziyarət etmişdir.
Burada türkmən xalqının tarixi şəxsiyyətlərinin abidələri ucaldılmışdır. Girişdə ölkənin birinci Prezidenti Saparmurad Türkmənbaşının abidəsi qoyulmuşdur. Burada əsasən rəsmi dövlət tədbirləri keçirilir.

Prezident İlham Əliyev abidə önünə əklil qoydu, ərazidəki Fəxri qonaqlar xiyabanında ağac əkdi.

 

 

Azərbaycan.-2008.-29 noyabr.-S.3.