Türkmənistanın birinci Prezidentinin muzeyi ilə tanışlıq

 

Noyabrın 28-də Azərbaycan Prezidenti İlham Əliyev Saparmurad Türkmənbaşı adına Milli Mədəniyyət Mərkəzində Türkmənistanın birinci Prezidentinin muzeyi ilə tanış olmuşdur.
Dövlətimizin başçısına məlumat verildi ki, ötən ilin fevralında açılmış kompleksdə - Milli Mədəniyyət Mərkəzində muzey, konsert salonu, milli kitabxana yerləşir.
Azərbaycan Prezidenti İlham Əliyev Türkmənistanın birinci Prezidentinin muzeyinin eksponatları ilə tanış oldu, Xatirə kitabına ürək sözlərini yazdı.

AzərTAc

 

Azərbaycan.-2008.-29 noyabr.-S.3.