Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdlərinin verilməsi haqqında

 

"Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün təsis edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 11 iyun tarixli 715 nömrəli Fərmanına uyğun olaraq qərara alıram:

 

1. Azərbaycanda təhsilin və elmin inkişafında böyük xidmətləri olan aşağıdakı şəxslərə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdləri verilsin:

 

Bayramov Əkbər Salman oğlu

Əsədullayev Seyfulla Qüdrət oğlu

Əsgərov Bəhram Mehralı oğlu

Məlikova Məsumə Fazil qızı

Mustafayev Qara Teyfur oğlu

Mütəllimov Təhsin Mustafa oğlu

Namazov Qəmbər Kazım oğlu

 

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etsin.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 30 oktyabr 2009-cu il

 

Azərbaycan.- 2009.- 1 noyabr.- S. 1.