BDU-nun 90 illiyi geniş qeyd olunur

 

Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Bakı Dövlət Universitetinin (BDU) 90 illiyinə həsr olunmuş tədbir keçirilmişdir.

Tədbiri giriş sözü ilə açan ADPU-nun rektoru, AMEA-nın müxbir üzvü Yusif Məmmədov BDU-nun kollektivini yubiley münasibətilə təbrik edərək bildirmişdir ki, bu ali təhsil müəssisəsi yarandığı gündən ölkəmizdə ali təhsilin elmin tərəqqisi naminə əvəzsiz xidmətlər göstərmiş, respublikamız üçün yüksək ixtisaslı milli kadrların hazırlanması, dünya təhsil məkanına inteqrasiyası mədəni-mənəvi dəyərlərimizin yaşadılması istiqamətində üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlmişdir. Həyatımızın bütün sahələrində çalışan dövlət, elm mədəniyyət xadimlərinin böyük bir qismi BDU-nun məzunlarıdır. Onlar müstəqil Azərbaycanın inkişafına öz töhfələrini verirlər.

Tədbirdə çıxış edən Milli Məclisin deputatı, BDU-nun rektoru akademik Abel Məhərrəmov, təhsil nazirinin müavini İradə Hüseynova digər natiqlər dövlətimizin başçısının elm təhsil sahəsində apardığı uğurlu siyasətdən, BDU-nun yaranma tarixindən, keçdiyi inkişaf yolundan danışmışlar.

Bildirilmişdir ki, BDU bu gün müstəqil Azərbaycanda təhsildə öz yüksək statusunu qoruyub saxlayır. Son illər universitetin maddi-texniki bazasının gücləndirilməsi, təhsilin tədrisin keyfiyyətinin yüksəldilməsi, müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiq edilməsi sahəsində bir çox əməli tədbirlər həyata keçirilmişdir. Hazırda BDU-da 16 fakültə fəaliyyət göstərir. Burada təhsil alan tələbələrin sayı 18 mindən çoxdur, onların təlim-tərbiyəsi ilə 1500-dən çox müəllim məşğul olur.

Natiqlər vurğulamışlar ki, son illər BDU-nun beynəlxalq əlaqələri genişlənmişdir.

Sonra tədbir bədii hissə ilə davam etmişdir.

 

 

AzərTAc

 

Azərbaycan.- 2009.- 1 noyabr.- S. 8.