Əfqanıstan İslam Respublikasının Prezidenti zati-aliləri cənab Həmid Kərzaiyə

 

Hörmətli cənab Prezident!

Əfqanıstan İslam Respublikasının Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

Ümidvaram ki, Azərbaycan-Əfqanıstan münasibətlərinin, xalqlarımız arasındakı dostluq əməkdaşlıq ənənələrinin möhkəmləndirilməsi inkişafı yolunda bundan sonra da birgə səylər göstərəcəyik.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Əfqanıstan xalqının rifahı naminə fəaliyyətinizdə uğurlar arzulayıram.

Hörmətlə,

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı, 3 noyabr 2009-cu il

 

Azərbaycan.- 2009.- 4 noyabr.- S. 1.