2009-cu il oktyabrın 1- Bakı şəhərində imzalanmışAzərbaycan Respublikası Müdafiə Nazirliyi Çexiya Respublikası Müdafiə Nazirliyi arasında müdafiə sahəsində əməkdaşlıq haqqında Sazişin təsdiq edilməsi barədə

 

1. 2009-cu il oktyabrın 1-də Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Çexiya Respublikası Müdafiə Nazirliyi arasında müdafiə sahəsində əməkdaşlıq haqqında Saziş” təsdiq edilsin.

2. Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə tapşırılsın ki, bu Sərəncamın 1-ci bəndində göstərilən Sazişin həyata keçirilməsini təmin etsin.

3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə tapşırılsın ki, bu Sərəncamın 1-ci bəndində göstərilən Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirilməsi barədə Çexiya Respublikası tərəfini xəbərdar etsin.

 

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 30 oktyabr 2009-cu il.

 

Azərbaycan.- 2009.-5 noyabr.- S. 4.