2009-cu il sentyabrın 23- Nyu-York şəhərində imzalanmış "Azərbaycan Respublikası Hökuməti Estoniya Respublikası Hökuməti arasında informasiya kommunikasiya texnologiyaları sahəsində əməkdaşlıq haqqında Saziş"in təsdiq edilməsi barədə

 

1. 2009-cu il sentyabrın 23- Nyu-York şəhərində imzalanmış "Azərbaycan Respublikası Hökuməti Estoniya Respublikası Hökuməti arasında informasiya kommunikasiya texnologiyaları sahəsində əməkdaşlıq haqqında Saziş" təsdiq edilsin.

2. Azərbaycan Respublikasının Rabitə İnformasiya Texnologiyaları Nazirliyinə tapşırılsın ki, bu sərəncamın 1-ci bəndində göstərilən Sazişin həyata keçirilməsini təmin etsin.

3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə tapşırılsın ki, bu sərəncamın 1-ci bəndində göstərilən Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirilməsi barədə Estoniya Respublikası Hökumətini xəbərdar etsin.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 30 oktyabr 2009-cu il

 

Azərbaycan.- 2009.- 5 noyabr.- S. 4.