Azərbaycan Respublikası Hökuməti Suriya Ərəb Respublikası Hökuməti arasında iqtisadi, elmi, texniki mədəni əməkdaşlıq üzrə Birgə Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi haqqında

 

2009-cu il iyulun 8-də Bakı şəhərində imzalanmış və Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 27 avqust tarixli 453 nömrəli Sərəncamı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Hökuməti və Suriya Ərəb Respublikası Hökuməti arasında iqtisadi, elmi, texniki və mədəni əməkdaşlıq üzrə Birgə Komissiyanın yaradılması haqqında Anlaşma Memorandumunun icrasını və ikitərəfli əlaqələrin genişləndirilməsini təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikası Hökuməti və Suriya Ərəb Respublikası Hökuməti arasında iqtisadi, elmi, texniki və mədəni əməkdaşlıq üzrə Birgə Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi aşağıdakı heyətdə təsdiq edilsin:

 

Komissiyanın həmsədri

 

İsmət Abasov - Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri

 

Komissiyanın üzvləri:

 

İlqar Fətizadə - Azərbaycan Respublikası maliyyə nazirinin birinci müavini

Xələf Xələfov - Azərbaycan Respublikası xarici işlər nazirinin müavini

Sevinc Həsənova - Azərbaycan Respublikası iqtisadi inkişaf nazirinin müavini

Gülməmməd Cavadov - Azərbaycan Respublikası sənaye və energetika nazirinin müavini

Musa Pənahov - Azərbaycan Respublikası nəqliyyat nazirinin müavini

Teymur Mehdiyev - Azərbaycan Respublikası mədəniyyət və turizm nazirinin müavini

Elmar Qasımov - Azərbaycan Respublikası təhsil nazirinin müavini

Abbas Vəlibəyov - Azərbaycan Respublikası səhiyyə nazirinin müavini

Elmir Vəlizadə - Azərbaycan Respublikası rabitə və informasiya texnologiyaları nazirinin müavini

Səfər Mehdiyev - Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini

Rauf Səlimov - Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi sədrinin müavini

Aftandil Babayev - Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti sədrinin müavini

Akif Əlizadə - Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti

Mahir Əliyev - Azərbaycan Respublikasının Suriya Ərəb Respublikasında fövqəladə səlahiyyətli səfiri

 

2. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə tapşırılsın ki, bu Sərəncamın 1-ci bəndində göstərilən Azərbaycan Respublikası Hökuməti Suriya Ərəb Respublikası Hökuməti arasında iqtisadi, elmi, texniki mədəni əməkdaşlıq üzrə Birgə Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi barədə Suriya Ərəb Respublikası tərəfinə müvafiq bildiriş göndərsin.

 

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 4 noyabr 2009-cu il.

 

Azərbaycan.- 2009.- 5 noyabr.- S. 2.