Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdlərinin verilməsi haqqında

 

"Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün təsis edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 11 iyun tarixli 715 nömrəli Fərmanına uyğun olaraq qərara alıram:

1. "Neft Daşları"nın 60 illik yubileyi ilə əlaqədar yatağın işlənilməsində xidmətlərinə görə aşağıdakı şəxslərə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdləri verilsin:

 

İbrahimov Səyyad Cabbar oğlu

Nuriyev Nuru Bunyat oğlu

Tatlıyev Xaliddin Sadaddin oğlu

 

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etsin.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 3 noyabr 2009-cu il

 

Azərbaycan.- 2009.- 5  noyabr.- S. 1.