Azərbaycan Prezidenti İlham Əliyev Moskvanın Bütün Rusiyanın Patriarxı Kirilli qəbul etmişdir

 

Noyabrın 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Moskvanın Bütün Rusiyanın Patriarxı Kirilli qəbul etmişdir.

Prezident İlham Əliyev pravoslav kilsəsinin başçısını salamlayaraq dedi:

- Zati-müqəddəsləri, Azərbaycana xoş gəlmisiniz. Sizi görməyə çox şadam. Bu, dövlətlərimiz arasında əlaqələri möhkəmləndirmək, habelə dinlərarası dialoqu inkişaf etdirmək üçün çox yaxşı imkandır. Sizin bugünkü tədbirlərdə iştirak etməyiniz onlara xüsusi önəm verir biz çox qiymətləndiririk ki, Siz gərgin cədvəlinizə baxmayaraq, bu səfər üçün vaxt tapmısınız. Əminəm ki, bu səfər dövlətlərimiz arasında çox dinamik səmərəli inkişaf edən, ölkələrimizə xalqlarımıza fayda gətirən münasibətlərin dərinləşməsinə kömək edəcəkdir. Bir daha xoş gəlmisiniz.

Moskvanın Bütün Rusiyanın Patriarxı Kirill Azərbaycan dövlətinin başçısına təşəkkürünü bildirərək dedi:

- Cənab Prezident, mən qonaqpərvər, gözəl Azərbaycan torpağına qədəm qoyan kimi Sizinlə - Azərbaycan xalqının görkəmli lideri ilə görüşmək imkanına dinlərarası münasibətlərin səviyyəsinə, Azərbaycanda pravoslav kilsəsinin vəziyyətinə, müsəlmanlar xristianlar arasında əməkdaşlığa görə Sizə ürəkdən təşəkkürümü bildirirəm. Bu baxımdan, Azərbaycan örnək ölkədir. Gündəlikdə heç bir problem yoxdur. Bu, çox az təsadüf edilən haldır. Mən təyyarədə olarkən düşünürdüm ki, hər halda hansısa problemlər olmalıdır. Lakin həmkarlarım məni inandırdılar ki, gündəlikdə heç bir problem yoxdur. Bu, əlbəttə, Sizin qayğınızdan, hökumətinizin qayğısından, dinlərarası, mədəniyyətlərarası dialoqun səviyyəsindən xəbər verir. Bu, praktik dialoqdur. Bu, insan qəlblərinin dialoqudur. Bu, cəmiyyəti, insanları birləşdirir bunu qeyd etmək mənim üçün çox xoşdur.

 

 

AzərTAc

 

Azərbaycan.- 2009.- 7 noyabr.- S. 2.