BDU, AMEA-nın Botanika İnstitutu Berlin-Dahlem Botanika Bağı Botanika Muzeyi arasında əməkdaşlığa dair saziş imzalanmışdır

 

Noyabrın 6-da Bakı Dövlət Universiteti (BDU), Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Botanika İnstitutu Berlin-Dahlem Botanika Bağı Botanika Muzeyi (Almaniya) arasında üçtərəfli saziş imzalanmışdır.

İmzalanma mərasimində BDU-nun rektoru, Milli Məclisin deputatı, akademik Abel Məhərrəmov rəhbərlik etdiyi ali məktəbin beynəlxalq əlaqələrindən danışmış, imzalanan sazişin səmərəli nəticələri olacağına əminliyini bildirmişdir.

Berlin-Dahlem Botanika Bağı Botanika Muzeyinin baş direktoru Tomas Borş cəmiyyətin inkişafında elmin mühüm rolunu xatırlatmış, bu sahədə əməkdaşlığın vacibliyini diqqətə çatdırmışdır.

AMEA-nın Botanika İnstitutunun direktoru Səlim Musayev institutda səmərəli elmi-tədqiqatlar aparıldığını uğurlu nəticələr qazanıldığını söyləmişdir.

Sonra əməkdaşlığa dair üçtərəfli saziş imzalanmışdır.

Sənədi A.Məhərrəmov, S.Musayev T.Borş imzalamışlar.

 

 

AzərTAc

 

Azərbaycan.- 2009.- 7 noyabr.- S. 3.