Azərbaycanda MDB Gəncləri Günlərinin iştirakçıları Heydər Əliyev Fondu ilə tanışlıqdan zəngin təəssüratlarla ayrılmışlar

 

Azərbaycanda MDB Gəncləri Günlərinin iştirakçıları noyabrın 6-da Heydər Əliyev Fondunda olmuşlar.

Qonaqlara fondun vəzifələri fəaliyyəti barədə məlumat verilmişdir. Əsas məqsədi ulu öndərin zəngin irsinin öyrənilməsi təbliği olan fond, həmçinin uşaq gənclərin sağlam, milli mənəvi dəyərlərə sadiq, hərtərəfli biliklərə malik vətəndaş kimi yetişməsi işinə xidmət edir.

Qonaqlar ümummilli liderin şəxsi arxivindən götürülmüş eksponatlara, təhsil ocaqlarında fərqləndiyini əks etdirən diplomlara, təltif olunduğu müxtəlif orden medallara baxdılar. Qeyd edildi ki, Azərbaycanın ən yeni tarixinin yaradıcısı qurucusu - ümummilli liderin rəhbərliyi dövründə ölkə həyatının bütün sahələrində mühüm nailiyyətlər əldə olunmuşdur.

Ümummilli liderin ölkəyə rəhbərlik etdiyi dövr tariximizə sabitlik inkişaf dövrü kimi daxil olmuşdur.

Qonaqlar fondun Xatirə kitabına ürək sözlərini yazmışlar.

 

 

AzərTAc

 

Azərbaycan.- 2009.- 7 noyabr.- S. 3.