Azərbaycan-Sloveniya əməkdaşlığının inkişafı üçün yaxşı potensial vardır

 

Noyabrın 9-da Azərbaycan Respublikasında rəsmi səfərdə olan Sloveniya Respublikasının Prezidenti Danilo Türkün rəsmi qarşılanma mərasimi olmuşdur.

Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Azərbaycan Prezidenti İlham Əliyev xanımı Mehriban Əliyeva Sloveniya Prezidenti Danilo Türkü xanımı Barbara Mikliç Türkü səmimiyyətlə qarşıladılar.

Fəxri qarovul dəstəsinin rəisi Sloveniya Prezidentinə raport verdi.

Sloveniyanın Azərbaycanın dövlət himnləri səsləndi.

Dövlət başçıları fəxri qarovul dəstəsinin qarşısından keçdilər.

Sloveniya Prezidenti Azərbaycan əsgərlərini salamladı.

Azərbaycanın dövlət hökumət nümayəndələri Prezident Danilo Türkə, Sloveniya nümayəndə heyətinin üzvləri Prezident İlham Əliyevə təqdim olundu.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında dövlət başçılarının qarşısından keçdi.

Prezidentlər xanımları rəsmi foto çəkdirdilər.

 

 

AzərTAc

 

Azərbaycan.- 2009.-10 noyabr.- S. 1.