Şəhidlərin xatirəsinə ehtiram

 

Azərbaycanda rəsmi səfərdə olan Sloveniya Prezidenti Danilo Türk noyabrın 9-da Şəhidlər xiyabanını ziyarət etmişdir.

Burada ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Prezident Danilo Türk Azərbaycanın azadlığı və suverenliyi uğrunda şəhid olmuş qəhrəman Vətən övladlarının xatirəsini yad etdi, "Əbədi məşəl" abidəsi önünə əklil qoydu.

Müdafiə Nazirliyinin əlahiddə nümunəvi orkestrinin ifasında Sloveniyanın və Azərbaycanın dövlət himnləri səsləndi.

Ali qonağa Şəhidlər xiyabanının tarixi və paytaxtımızda görülən abadlıq-quruculuq işləri barədə məlumat verildi.

Prezident Danilo Türk Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr etdi.

 

 

AzərTAc

 

Azərbaycan.- 2009.- 10 noyabr.- S. 3.