Heydər Əliyev adına Beynəlxalq Hava Limanında qarşılanma

 

Noyabrın 8- Sloveniya Respublikasının Prezidenti Danilo Türk Azərbaycana rəsmi səfərə gəlmişdir.

Azərbaycanın Sloveniyanın dövlət bayraqları ilə bəzədilmiş Heydər Əliyev adına Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Sloveniya dövlətinin başçısını xanımını hava limanında Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubov digər rəsmi şəxslər qarşıladılar.

Milli geyimli uşaqlar Sloveniya Prezidentinə xanımına gül dəstəsi təqdim etdilər.

Hava limanının ali qonaqlar üçün salonunda Prezident Danilo Türk Baş nazirin birinci müavini Yaqub Eyyubov arasında qısa protokol söhbəti oldu.

 

 

AzərTAc

 

Azərbaycan.- 2009.- 10 noyabr.- S. 3.