Əfsanəvi partizan Mehdi Hüseynzadənin abidəsini ziyarət

 

Noyabrın 10-da Sloveniya Respublikasının Prezidenti Danilo Türk xanımı Barbara Mikliç Türk İkinci Dünya müharibəsində partizan dəstələrində faşizmə qarşı döyüşmüş Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin Bakıdakı abidəsini ziyarət etmişlər.

Sloveniya dövlətinin başçısı Azərbaycanın igid oğlunun xatirəsini yad edərək abidəsi önünə əklil qoymuşdur.

Mehdi Hüseynzadə İkinci Dünya müharibəsinin gedişində Yuqoslaviya İtaliya partizanları ilə birlikdə faşizmə qarşı mübarizədə igidlik göstərmişdir. O, Sloveniyada milli müqavimət hərəkatının qəhrəmanı olmuşdur.

1944-cü il noyabrın 16-da Sloveniya torpağında düşmənlə döyüşdə qəhrəmancasına həlak olmuş M.Hüseynzadə Sloveniyanın Çepovan kəndində qardaşlıq qəbiristanlığında dəfn olunmuşdur.

Sloveniya xalqı bu gün M.Hüseynzadənin qəhrəmanlığını ehtiramla yad edir

 

 

Azərbaycan.- 2009.- 11 noyabr.- S.5.