Minsk milli hava limanında qarşılanma

 

Azərbaycan Respublikasının Prezidenti

İlham Əliyev noyabrın 11-də Belarus Respublikasına rəsmi səfərə gəlmişdir.

Hər iki ölkənin dövlət bayraqları ilə bəzədilmiş Minsk milli hava limanında Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Milli geyimli qızlar dövlətimizin başçısına duz-çörək gül dəstəsi təqdim etdilər.

Prezident İlham Əliyevi Belarus Respublikasının Baş naziri Sergey Sidorski digər rəsmi şəxslər qarşıladılar.

 

 

AzərTAc

 

Azərbaycan.- 2009.- 12 noyabr.- S. 1.