İran parlament nümayəndə heyəti Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını Şəhidlər xiyabanını ziyarət etmişdir

 

Azərbaycanda səfərdə olan İran İslam Respublikası İslam Şurası Məclisinin Sosial məsələlər komissiyasının sədri Süleyman Cəfərzadənin başçılıq etdiyi nümayəndə heyəti noyabrın 9-da Fəxri xiyabana gələrək müasir Azərbaycan dövlətinin memarı və qurucusu, bütün türk dünyasının lideri Heydər Əliyevin xatirəsini ehtiramla yad etmiş, məzarı önünə əklil qoymuşdur.

Sonra Şəhidlər xiyabanını ziyarət edən qonaqlar Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini anmış, məzarları üstünə tər güllər düzmüş, "Əbədi məşəl" abidəsinin önünə əklil qoymuşlar.

 

 

Azərbaycan.- 2009.-10 noyabr.- S. 4.