Azərbaycan Prezidentinin Belarusa rəsmi səfəri başa çatdı

 

Xüsusi müxbirimiz xəbər verir ki, noyabrın 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Belarus Respublikasına rəsmi səfərini başa çatdıraraq Bolqarıstana işgüzar səfərə yola düşmüşdür.

Hər iki ölkənin dövlət bayraqları ilə bəzədilmiş Minsk milli hava limanında Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdür.

Prezident İlham Əliyevi Belarusun Baş naziri Sergey Sidorski digər rəsmi şəxslər yola saldılar.

 

 

AzərTAc

 

Azərbaycan.- 2009.- 14 noyabr.- S. 2.