Səfər başa çatdı

 

Noyabrın 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Bolqarıstan Respublikasına işgüzar səfəri başa çatmışdır.

Hər iki ölkənin dövlət bayraqları ilə bəzədilmiş Sofiya Beynəlxalq Hava Limanında Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdür.

Prezident İlham Əliyevi Bolqarıstan Respublikasının yüksək vəzifəli dövlət və hökumət nümayəndələri yola saldılar.

 

* * *

 

Dövlətimizin başçısı həmin gün axşam Bakıya qayıtmışdır.

Azərbaycan Prezidentini Heydər Əliyev adına Beynəlxalq Hava Limanında Baş nazir Artur Rasizadə, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov qarşıladılar.

 

 

AzərTAc

 

Azərbaycan.- 2009.- 14 noyabr.- S. 3.