"Musiqi dünyası" jurnalının 10 yaşı tamam oldu

 

Noyabrın 14-də Azərbaycan Bəstəkarlar İttifaqında "Musiqi dünyası" jurnalının 10 illiyinə həsr olunmuş tədbir keçirilmişdir.

Tədbirdə Azərbaycan Bəstəkarlar İttifaqı Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası tərəfindən təsis edilmiş jurnalın baş redaktoru, əməkdar incəsənət xadimi Tariyel Məmmədov çıxış etmişdir. Natiq Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın Azərbaycan mədəniyyəti incəsənətinin inkişafına göstərdiyi diqqət qayğıdan danışmışdır.

Eyni zamanda o, baş redaktoru olduğu "Musiqi dünyası" jurnalı, nəşrin mövzuları s. barədə ətraflı məlumat vermişdir.

Nəşrinə 1999-cu ildə başlanan "Musiqi dünyası" jurnalının çap versiyası ilə yanaşı, həm internet versiyası fəaliyyət göstərir. Son illərdə isə "Musiqi dünyası" radiojurnalının efirdə yayımlanması da maraqla qarşılanmışdır.

T.Məmmədov jurnalın milli musiqi irsinin qorunması təbliği, onun dünya internet məkanına çıxarılması s. məqsədlərə xidmət etdiyini vurğulamışdır.

Digər çıxış edənlər nəşrin milli musiqi irsinin təbliğindəki rolundan bəhs etmiş, jurnalın əməkdaşlarına uğurlar arzulamışlar.

 

 

AzərTAc

 

Azərbaycan.- 2009.-  15 noyabr.- S. 4.