Azərbaycan dövləti öz ordusunu gücləndirir, təmas xəttində mövqelərini möhkəmləndirir

 

Prezident İlham Əliyev Kəlbəcər rayonu ictimaiyyətinin nümayəndələri ilə görüşdə demişdir: "Son illər ərzində ordu quruculuğunda görülən işlərin təbii ki, məqsədi vardır. Biz milyardlarla vəsait xərcləyirik, ordumuzu gücləndiririk, yeni silahlar alırıq, texnika alırıq, təmas xəttində öz mövqelərimizi gücləndiririk".

Dövlətimizin başçısı sözünə davam edərək demişdir: "Bunu ona görə edirik ki, biz bu variantı heç vaxt istisna etməmişdik etmirik . Bizim tam hüququmuz var ki, öz torpaqlarımızı hərbi yolla azad edək. Beynəlxalq hüquq normaları bu hüququmuzu tanıyır. Biz sadəcə istəyirik ki, bu məsələ sülh yolu ilə həll olunsun, müharibə olmasın. Amma, əgər Ermənistan fikirləşir ki, biz bu danışıqlarda daim iştirak edəcəyik, bu, yanlış bir fikirdir. Biz o vaxta qədər danışıqlarda olacağıq ki, ümidimiz var, məsələ həll olunacaqdır. O vaxta qədər ki, hələ ümidimiz tükənməyib. Amma görsək ki, Ermənistan tərəfi sadəcə olaraq vaxt uzadır bu məsələni danışıqlar yolu ilə belə əbədiləşdirmək istəyir, o zaman danışıqlara son qoyulacaqdır. Biz görürük ki, başqa yerlərdə 30-40 il heç bir nəticəsiz danışıqlar gedir. Yəni o vəziyyət burada heç vaxt təkrarlanmayacaqdır".

 

 

Azərbaycan.- 2009.- 22 noyabr.- S. 1.