İsveçrədə "Xocalıya ədalət" Beynəlxalq kampaniyası çərçivəsində aksiya

 

İslam Konfransı Təşkilatı Gənclər Forumunun media departamentindən bildirmişlər ki, noyabrın 19-20-də İsveçrənin Bazel Sürix şəhərlərində "Xocalıya ədalət" kampaniyasına dəstək aksiyaları keçirilmişdir. Aksiyalar "İsveçrədə Azərbaycan mədəniyyəti günləri"nə həsr olunmuş konsertlər çərçivəsində təşkil edilmişdir.

Konsertlər ərəfəsində "Xocalıya ədalət" beynəlxalq məlumat təşviqat kampaniyasının aksiyaları zamanı yerli könüllülər tərəfindən posterlər şəhərin mərkəzi küçələrində divarlara yapışdırılmış kampaniya haqqında məlumat bukletləri küçələrdə paylanmışdır. Aksiyaya dəstək məqsədi ilə konsert zamanı "Xocalıya ədalət" kampaniyasının təbliğat xarakterli çap materialları (kampaniyanın loqosunu veb-saytını əks etdirən döş nişanı, qolbaq məlumatlandırıcı bukletlər) tamaşıçılara təqdim edilmişdir. Aksiyaya dəstək göstərən İsveçrənin tanınmış müğənnisi Greis ingilis fransız dillərində "Xocalıya ədalət" yazısı əks olunan mayka ilə səhnəyə çıxmışdır. H.O.S.T qrupu öz çıxışını "Xocalıya ədalət" devizi ilə başlamışdır.

Konsert aksiya iştirakçıları tərəfindən böyük maraqla qarşılanmışdır.

"Xocalıya ədalət" kampaniyasına dəstək aksiyası 10 dekabr-Beynəlxalq İnsan Haqları Günü ilə əlaqədar BMT-nin Cenevrədəki mənzil-qərargahında keçiriləcək beynəlxalq konfransla davam edəcəkdir

 

 

Azərbaycan.- 2009.- 22 noyabr.- S. 1.