Ümummilli lider Heydər Əliyevin məzarını Şəhidlər xiyabanını ziyarət

 

Azərbaycanda səfərdə olan Rusiya Federasiyası Prezidenti Administrasiyasının rəhbəri Sergey Narışkin noyabrın 23-də Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müstəqil Azərbaycan dövlətinin memarı qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad etmiş, məzarı önünə əklil qoymuşdur.

Sonra görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunmuş, məzarı üstünə gül dəstələri düzülmüşdür.

Qonaq Azərbaycanın azadlığı suverenliyi uğrunda şəhid olmuş qəhrəman Vətən övladlarının xatirəsini yad etmiş, "Əbədi məşəl" abidəsi önünə əklil qoymuşdur.

S.Narışkin Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr etmişdir.

 

 

AzərTAc

 

Azərbaycan.- 2009.- 24 noyabr.- S. 2.