Qurban bayramı münasibətilə Azərbaycan xalqına təbrik

 

Hörmətli həmvətənlər!

Sizi dünyanın müxtəlif guşələrində yaşayan bütün soydaşlarımızı müqəddəs Qurban bayramı münasibətilə ürəkdən təbrik edir, hamınıza ən səmimi arzu diləklərimi yetirirəm.

İslamın bir din kimi tamamlanmasını mənəvi-əxlaqi qurtuluş yolu olaraq bəşəriyyətə göndərilməsini özündə təcəssüm etdirən mübarək Qurban bayramı insanları mərhəmətə, həmrəyliyə, qardaşlıq humanizmə dəvət edən bir bayramdır. Bu əziz gündə müsəlmanlar Allah din yolunda, xeyirxah amallar uğrunda hər cür fədakarlığa hazır olduqlarını nümayiş etdirir, uca Tanrıya yaxınlığın fərəhini yaşamaq fürsəti əldə edirlər.

Azərbaycan müsəlman dünyasının ayrılmaz parçasıdır tarixən islam mədəniyyətinin inkişafına misilsiz töhfələr bəxş etmişdir. Məmnuniyyət hissi ilə qeyd etmək istəyirəm ki, çoxmillətli çoxkonfessiyalı Azərbaycan cəmiyyətində qarşılıqlı hörmət etimada əsaslanan nümunəvi birgəyaşayışın, əmin-amanlığın dözümlülük mühitinin formalaşmasında islam dininin müstəsna rolu olmuşdur.

Xalqımız öz milli-mənəvi dəyərlərinə ənənələrinə həmişə ehtiramla yanaşır. Bütün dini mərasimlər, o cümlədən Qurban bayramı hər il böyük təntənə ilə qeyd olunur. Ölkəmizin hər yerində Allahın adına qurbanlar kəsilir, xalqımızın dövlətimizin əmin-amanlığı firavanlığı üçün dualar edilir, şəhidlərimizin ölməz xatirəsi ehtiramla yad olunur. Əminəm ki, builki Qurban bayramı da cəmiyyətimizdə milli-mənəvi həmrəyliyin, xeyirxah əməllərin, şəfqət mərhəmət duyğularının təntənəsinə çevriləcəkdir.

Əziz bacı qardaşlarım!

Bu müqəddəs bayram günlərində bir daha hər birinizə cansağlığı, ailələrinizə xoşbəxtlik, süfrələrinizə bol ruzi-bərəkət arzulayıram.

Qurban bayramınız mübarək olsun!

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 25 noyabr 2009-cu il

 

Azərbaycan.- 2009.- 27 noyabr.- S. 1.