Heydər Əliyev parkında aparılmış yenidənqurma işləri ilə tanışlıq

 

Noyabrın 26-da Prezident İlham Əliyev Şamaxıda Heydər Əliyev parkında aparılmış yenidənqurma işləri ilə tanış olmuşdur.

Məlumat verildi ki, ərazisi əvvəllər 0,4 hektar olan parkın ətrafındakı yararsız tikililərin sökülməsi hesabına onun sahəsi 4,5 hektara çatdırılmış, ulu öndərin abidəsi bu istirahət mərkəzinin ərazisinə köçürülmüş, yaşıllaşdırma işlərinə xüsusi diqqət yetirilmişdir. Parkda 5 fəvvarə, 270 yerlik yay konsert meydançası, kafe, uşaq əyləncə mərkəzi, istirahət köşkləri yaradılmışdır.

 

 

AzərTAc

 

Azərbaycan.- 2009.- 27 noyabr.- S. 1.