Ümummilli lider Heydər Əliyevin məzarını ziyarət

 

Azərbaycanda rəsmi səfərdə olan Qazaxıstan Prezidenti Nursultan Nazarbayev oktyabrın 2-də Fəxri xiyabana gəlmişdir.

Prezident Nursultan Nazarbayev Azərbaycan xalqının görkəmli oğlu, ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla andı, ulu öndərin məzarı önünə əklil qoydu.

Qazaxıstan dövlətinin başçısı görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da məzarı üzərinə güllər düzdü.

Ali qonağa Fəxri xiyabanın tarixi barədə məlumat verildi.

 

 

AzərTAc

 

Azərbaycan.- 2009.- 3 oktyabr.- S. 2.