Qazaxıstan Prezidenti Nursultan Nazarbayev Naxçıvana yola düşmüşdür

 

Azərbaycanda rəsmi səfərdə olan Qazaxıstan Prezidenti Nursultan Nazarbayev Türkdilli ölkələrin dövlət başçılarının zirvə görüşündə iştirak etmək üçün oktyabrın 2-də Bakıdan Naxçıvana yola düşmüşdür.

Heydər Əliyev adına Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Qazaxıstan dövlətinin başçısını Baş nazirin birinci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər yola saldılar.

 

 

AzərTAc

 

Azərbaycan.- 2009.- 3 oktyabr.- S. 3.