Azərbaycan Prezidenti İlham Əliyev Türkdilli ölkələrin dövlət başçılarının IX zirvə görüşündə iştirak etmək üçün Naxçıvana gəlmişdir

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkdilli ölkələrin dövlət başçılarının IX zirvə görüşündə iştirak etmək üçün oktyabrın 2- Naxçıvan Muxtar Respublikasına gəlmişdir.

Dövlətimizin başçısının şərəfinə Naxçıvan Beynəlxalq Hava Limanında fəxri qarovul dəstəsi düzülmüşdü.

Prezident İlham Əliyevi Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov qarşıladı.

Milli geyimli qız Prezident İlham Əliyevə gül dəstəsi təqdim etdi.

 

 

AzərTAc

 

Azərbaycan.- 2009.- 3 oktyabr.- S. 3