Türkiyə Prezidenti Abdullah Gül Türkdilli ölkələrin dövlət başçılarının IX zirvə görüşündə iştirak etmək üçün Naxçıvana gəlmişdir

 

Türkiyə Cümhuriyyətinin Prezidenti Abdullah Gül Türkdilli ölkələrin dövlət başçılarının IX zirvə görüşündə iştirak etmək üçün oktyabrın 2- Naxçıvan Muxtar Respublikasına səfərə gəlmişdir.

Türkiyə Prezidentinin şərəfinə Naxçıvan Beynəlxalq Hava Limanında fəxri qarovul dəstəsi düzülmüşdü.

Prezident Abdullah Gülü Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov qarşıladı.

Milli geyimli qız Türkiyə Prezidentinə gül dəstəsi təqdim etdi.

 

 

AzərTAc

 

Azərbaycan.- 2009.- 3 oktyabr.- S. 4.