Qırğızıstan Prezidenti Kurmanbek Bakiyev Naxçıvana gəlmişdir

 

Qırğızıstan Respublikasının Prezidenti Kurmanbek Bakiyev Türkdilli ölkələrin dövlət başçılarının IX zirvə görüşündə iştirak etmək üçün oktyabrın 2- Naxçıvan Muxtar Respublikasına səfərə gəlmişdir.

Qırğızıstan Prezidentinin şərəfinə Naxçıvan Beynəlxalq Hava Limanında fəxri qarovul dəstəsi düzülmüşdü.

Prezident Kurmanbek Bakiyevi Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov qarşıladı.

Milli geyimli qız Qırğızıstan Prezidentinə gül dəstəsi təqdim etdi.

 

 

AzərTAc

 

Azərbaycan.- 2009.- 3 oktyabr.- S. 4.