Görkəmli şərqşünas alim Aida İmanquliyevanın 70 illik yubileyinə həsr olunmuş sərgi açılmışdır

 

Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasında görkəmli şərqşünas alim, filologiya elmləri doktoru, professor Aida İmanquliyevanın 70 illik yubileyinə həsr olunmuş sərgi təşkil edilmişdir.

Sərgidə alimin 30-a yaxın kitabı, o cümlədən "Yeni ərəb ədəbiyyatı korifeyləri", "Qələmlər birliyi" və Mixail Nuaymə", "Cübran Xəlil Cübran" əsərləri nümayiş etdirilir.

Burada nümayiş etdirilən nəşrlər arasında A.İmanquliyevanın 40-dan çox məqaləsi və onun elmi irsinin təhlilinə həsr olunmuş ədəbiyyatlar da vardır.

 

 

AzərTAc

 

Azərbaycan.- 2009.- 3 oktyabr.- S. 6.