Qazaxıstan Prezidenti Nursultan Nazarbayev Naxçıvana gəlmişdir

 

Qazaxıstan Respublikasının Prezidenti Nursultan Nazarbayev Türkdilli ölkələrin dövlət başçılarının IX zirvə görüşündə iştirak etmək üçün oktyabrın 2-də Naxçıvan Muxtar Respublikasına səfərə gəlmişdir.

Qazaxıstan Prezidentinin şərəfinə Naxçıvan Beynəlxalq Hava Limanında fəxri qarovul dəstəsi düzülmüşdü.

Prezident Nursultan Nazarbayevi Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov qarşıladı.

Milli geyimli qız Qazaxıstan Prezidentinə gül dəstəsi təqdim etdi.

 

 

AzərTAc

 

Azərbaycan.- 2009.- 3 oktyabr.- S. 4.