Kişinyov hava limanında qarşılanma

 

Oktyabrın 8- Azərbaycan Prezidenti İlham Əliyev Moldova paytaxtına gəlmişdir.

MDB üzvü olan ölkələrin dövlət bayraqları ilə bəzədilmiş Kişinyov hava limanında Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Azərbaycan dövlətinin başçısını Moldovanın yüksək vəzifəli dövlət hökumət nümayəndələri, MDB İcraiyyə Komitəsinin rəsmi şəxsləri qarşıladılar.

Milli geyimli oğlan qızlar dövlətimizin başçısına duz-çörək təqdim etdilər.

 

 

AzərTAc

 

Azərbaycan.- 2009.- 9 oktyabr.- S. 1.