Aida İmanquliyevanın İngiltərədə ingilis dilində çap edilmiş əsərləri mənə Şərqin böyük mütəfəkkirləri haqqında yeni məlumatlar verdi

 

Aida İmanquliyevanın Böyük Britaniyada ingilis dilində çap edilmiş əsərləri mənə Şərqin böyük mütəfəkkirləri haqqında yeni məlumatlar verdi.

Bu sözləri Aida xanım İmanquliyevanın 70 illik yubileyi münasibətilə Bakıda keçirilən "Şərq Qərb: ortaq mənəvi dəyərlər, elmi-mədəni əlaqələr" mövzusunda Beynəlxalq İbn Ərəbi simpoziumunun iştirakçısı, Böyük britaniyalı alim Sesiliya Tvinç demişdir.

İbn Ərəbi Cəmiyyətinin təmsilçisi olan tədqiqatçı alim azərbaycanlı şərqşünas alim Aida İmanquliyevanın 70 illik yubileyinə həsr olunan bu konfransın keçirilməsini mühüm tarixi hadisə kimi dəyərləndirmişdir. Bu tədbir Şərqlə Qərb arasında ortaq dəyərlərin tapılmasına, müasir fəlsəfi fikrin öyrənilməsinə, yeni-yeni gənc tədqiqatçıların yetişməsinə təkan verəcəkdir.

Qonaq vurğulamışdır ki, Azərbaycanda ərəbşünaslıq məktəbinin yaradılmasında böyük xidmətləri olan Aida İmanquliyevanın əsərləri bu gün hər bir şərqşünas üçün dəyərli elmi mənbədir.

 

 

Azərbaycan.- 2009.- 10 oktyabr.- S. 3.