Amerika Birləşmiş Ştatlarının Prezidenti zati-aliləri cənab Barak Obamaya

 

Hörmətli cənab Prezident!

Nobel sülh mükafatı ilə təltif edilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

Bu ali mükafat Yer üzündə sülhün, sabitliyin və əmin-amanlığın bərqərar olması, münaqişələrin danışıqlar, dialoq yolu ilə aradan qaldırılması istiqamətindəki fəaliyyətinizə verilən layiqli qiymətdir. Bu gün dünya miqyasında baş verən proseslərdəki müsbət dəyişikliklər, beynəlxalq siyasətdə yaranmış yeni ab-hava Sizin adınızla bağlıdır.

Bu xoş dəqiqələrdə Sizə, cənab Prezident, möhkəm cansağlığı, xoşbəxtlik, dost Amerika xalqının rifahı naminə fəaliyyətinizdə uğurlar arzulayıram.

Hörmətlə,

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı, 10 oktyabr 2009-cu il

 

Azərbaycan.- 2009.- 11 oktyabr.- S. 1.