Yazıçının yubileyinə dəyərli töhfə

 

Miniatür kitab muzeyində tarix elmləri doktoru, professor Teymur Əhmədovun "Mirzə İbrahimov. Həyat yaradıcılığı" miniatür kitabının təqdimat mərasimi keçirildi.

Mərasimi giriş sözü ilə açan muzeyin direktoru Zərifə Salahova kitabın Azərbaycan ədəbiyyatının təşəkkülündə inkişafında misilsiz xidmətləri olan Mirzə İbrahimovun 100 illik yubileyinə dəyərli töhfə olduğunu bildirdi.

Milli Məclisin deputatları Cəmil Həsənli, Elmira Axundova, Bakı Musiqi Akademiyasının rektoru, professor Fərhad Bədəlbəyli, filologiya elmləri doktoru, professor Gülrux Əlibəyli, yazıçı Çingiz Abdullayev başqaları çıxış edərək yazıçının geniş çoxşaxəli yaradıcılığından söz açmaqla yanaşı, onun sadə, səmimi, təvazökar, gənclərə daim arxa-dayaq olan, işgüzar, ömrünü xalqın yolunda şam kimi əridən bir insan olduğundan da danışdılar.

Kitabda M.İbrahimovun həyatının ayrı-ayrı məqamlarını əks etdirən 45 fotoşəkil verilmişdir.

Sonda yazıçının qızları - bəstəkar, xalq artisti Sevda İbrahimova "Literaturnı Azərbaycan" jurnalının baş redaktoru Solmaz İbrahimova atalarına göstərdikləri bu diqqət qayğıya görə kitabın müəllifinə muzeyin direktoru Z.Salahovaya minnətdarlıqlarını bildirdilər.

 

 

Adilə QOCAYEVA

 

Azərbaycan.- 2009.- 11 oktyabr.- S. 8.