Yeddi muzeyin veb-saytının təqdimat mərasimi keçirilmişdir

 

Oktyabrın 12- Muzey Mərkəzində Mədəniyyət Turizm Nazirliyi Bakı Şəhəri Mədəniyyət Turizm İdarəsinin (BŞMTİ) birgə təşkilatçılığı ilə paytaxtda fəaliyyət göstərən yeddi muzeyin veb-saytının təqdimat mərasimi keçirilmişdir.

Bakı Şəhər Mədəniyyət Turizm İdarəsinin rəisi Əlikram Əliyev veb-saytlar barədə ətraflı məlumat vermişdir. Layihə Prezident İlham Əliyevin "Azərbaycanda muzey işinin yaxşılaşdırılması haqqında" 2007-ci il 6 mart tarixli sərəncamına uyğun olaraq həyata keçirilmişdir. Saytların yaradılmasında məqsəd ölkəmizdə fəaliyyət göstərən muzeylər orada sərgilənən eksponatlar haqqında məlumatların çatdırılmasıdır.

Bildirilmişdir ki, saytlarda Azərbaycan tarixini, mədəniyyətini, incəsənətini təbliğ edən bölmələr yerləşdirilmişdir. Saytın ana səhifəsində muzey muzeydəki eksponatlar haqqında məlumat verilmiş, muzeylərin elektron kataloqları yerləşdirilmişdir.

Mədəniyyət turizm naziri Əbülfəs Qarayev veb-saytların yaradılmasını yüksək dəyərləndirərək vurğulamışdır ki, bu tarixi abidələrimizin tanınması, qorunması istiqamətində atılan yeni addımdır. Azı ona görə ki, saytlarda yerləşdirilmiş zəngin məlumatlar hər bir oxucuda muzeylərimiz, mədəniyyət abidələrimiz haqqında geniş təəssürat yaradacaqdır.

Nazir son illər Prezident İlham Əliyevin mədəniyyətimizə, mədəniyyət incəsənət adamlarına göstərdiyi qayğıdan, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın mədəni irsimizin təbliği tanıdılması istiqamətindəki əvəzsiz xidmətlərindən danışmışdır.

Bildirilmişdir ki, muzeylərimizin işini bununla yekunlaşdırmaq olmaz. Muzeylərə daha çox axın cəlb etmək üçün var gücümüzlə çalışmalıyıq. Bugünkü durum elədir ki, muzeylərimiz fəaliyyətləri ilə öz maliyyə problemlərini həll edə bilmirlər. Muzeylərə gələnlərin sayı çox deyil. Bu, muzeylərimizin ən böyük problemidir. Ümid edirik ki, saytların yaradılması problemi qismən olsa aradan qaldıracaqdır.

Veb-saytların e-mail ünvanı da diqqətə çatdırılmışdır: Heydər Əliyev adına Muzey - www.muzey-rark.az, Cəfər Cabbarlının ev-muzeyi - www.cabbarli.az, Cəlil Məmmədquluzadənin ev-muzeyi - www.memmedquluzade.az, Əzim Əzimzadənin ev-muzeyi - www.ezimzade.az, Nəriman Nərimanovun xatirə muzeyi - www.nerimanov.az, Məmməd Səid Ordubadinin xatirə muzeyi - www.ordubadi.az, Azərbaycan Dövlət Din Tarixi Muzeyi - www.dintarixi.az.

 

 

AzərTAc

 

Azərbaycan.- 2009.- 13 oktyabr.- S. 5.