Avropa Ədalətli Oyunlar Hərəkatının XV konqresinin Baş Assambleyasının iştirakçıları ümummilli lider Heydər Əliyevin məzarını Şəhidlər xiyabanını ziyarət etmişlər

 

Avropa Ədalətli Oyunlar Hərəkatının (AƏOH) Bakıda keçirilən XV konqresinin Baş Assambleyasının iştirakçıları oktyabrın 14- Fəxri xiyabana gələrək müasir Azərbaycan dövlətinin memarı qurucusu, ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad etmiş, məzarı önünə əklil qoymuşlar.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunmuş, məzarı üstünə gül dəstələri düzülmüşdür.

Sonra qonaqlar Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarları üstünə gül dəstələri düzmüş, "Əbədi məşəl" abidəsinin önünə əklil qoymuşlar

 

 

Azərbaycan.- 2009.- 14 oktyabr.- S. 7.