Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

 

Zati-aliləri!

Azərbaycanın Müstəqillik Günü münasibətilə Sizə Pakistan xalqı və Hökuməti adından səmimi təbriklərimi yetirmək mənə böyük məmnunluq verir.

Azərbaycanın Sizin rəhbərliyiniz altında tərifəlayiq inkişafa nail olduğunu sevinc hissi ilə qeyd edirəm. Azərbaycan inkişaf və rifah yoluna doğru addımlayarkən Pakistan həmişə onun yanında olacaqdır.

Zati-aliləri, mən Sizə cansağlığı və uzun ömür arzulayır, qardaş Azərbaycan xalqının davamlı xoşbəxtliyi və inkişafı üçün dua edirəm.

 

 

Asif Əli ZƏRDARİ,

Pakistan İslam Respublikasının Prezidenti

 

Azərbaycan.- 2009.- 17 oktyabr.- S. 2.