"Elektrotok"dan başlanan yol

 

Bakı keçmiş çar Rusiyasının kütləvi şəkildə elektrik enerjisindən istifadə edən ilk əyalət şəhəri olub. Buna səbəb Bakı nefti idi. Şəhərdə sənaye üsulu ilə neft çıxarılmasına böyük diqqət yetirilirdi. Həmin dövrdə elektrik enerjisindən ilk növbədə neft mədənlərində dartma, qazma əməliyyatlarında, mexaniki emalatxanalarda, zavodlarda, su nasos stansiyalarında, həmçinin buruqların təmirində geniş şəkildə istifadə olunurdu. Elektrik enerjisinin əsas istehlakçıları da aparıcı neft sənayesi idi. Təkcə onu demək kifayətdir ki, o illər istehsal edilən elektrik enerjisinin 50 faizindən çoxu "Nobel Qardaşları Birliyi" baron Roştilin "Xəzər-Qara dəniz Neft Sənayesi Əmtəə Cəmiyyəti" tərəfindən istifadə olunurdu.

Bakıda ilk elektrik stansiyası 1895-ci ildə Bayıl şosesi üzərindəki "Bakinski dok"da quraşdırılıb. Həmin stansiyada elektrik enerjisi alman istehsalı olan "Alqemayne" sisteminin dinamo-maşını vasitəsilə verilirdi. Neft sənayesinin inkişafı elektrik enerjisinə olan tələbatı kəskin şəkildə artırırdı. Buna görə , 1903-cü ildə Bakıda olan elektrik stansiyalarının sayı sürətlə artaraq 70-ə çatmışdı. Həmin dövrdə enerji ilə təchizat fərdi xarakter daşıyırdı. Yəni, hər obyekt öz elektrik stansiyasından istifadə edirdi. Zavodların, sənaye obyektlərinin, şirkətlərin, mehmanxanaların hətta hamamxanaların belə, öz elektrik stansiyaları vardı. Yalnız 1900-cü ilin may ayında Bakıda ilk böyük elektrik stansiyasının tikintisinə başlandı. Beləliklə, 1901-ci ildə ümumi gücü 2 min at qüvvəsində olan "Bibiheybət" 1902-ci ildə 6 min at güclü " şəhər" elektrik stansiyaları istismara verildi. Çar Rusiyasında ilk elektrik xətti Bakıda çəkilib. Bunun təməli 1906-cı ildə " şəhər"dəki elektrik stansiyasından Balaxanı neft sahəsinə 8,1 kilometrlik iki elektrik hava xətti çəkilməklə qoyulub.

Görülən işlər bəhrəsini verirdi. Belə ki, 1916-cı ildə Abşerondakı 3750 buruq mədənlərindən 1638-i elektrikləşdirilmişdi. Bu da neft hasilatı sənayesinin 50 faizinin elektrik enerjisi ilə təmin edilməsi demək idi. Müqayisə üçün deyək ki, həmin illər ABŞ-dakı bütün neft yataqlarının cəmi 18-20 faizi elektrik enerjisi ilə təmin olunurdu.

Bakıda elektrik enerjisinin növbəti inkişaf dövrü 1909-1920-ci illərə təsadüf edir. O zaman hava kabel şəbəkələrinin sayı artmaqla bərabər, Balaxanı, Ramana Suraxanı ərazilərində 60-dan çox transformator paylayıcı məntəqələr qurulmuşdu, Bibiheybətdəki " şəhər"dəki elektrik stansiyaları sənaye obyektləri ilə yanaşı, yaşayış binalarını elektrik enerjisi ilə təmin etməyə başlamışdı.

1920-ci ildə elektrik enerjisi istehsalı sahəsindəki pərakəndəliyi aradan qaldırmaq üçün Birləşmiş Elektrik Texniki Müəssisələri İdarəsi - "Elektrotok" yaradıldı. Böyük gücə malik olan elektrik stansiyaları "Elektrotok" idarəsinin sərəncamına verildi, kiçik gücə malik olan stansiyalar isə yerli idarələrin tabeliyində fəaliyyətlərini davam etdirməyə başladılar. Yeni idarənin yaradılması Bakının elektrik enerjisi təchizatında xeyli irəliləyişə səbəb olsa da, müəyyən problemlər qalmaqda davam edirdi. Bunun əsas səbəbi şəhəri enerji ilə təmin edən Bakı Şəhər Elektrik Şəbəkəsinin "Elektrotok" idarəsinin nəzdində olması idi. "Elektrotok" isə neft hasilatı emalı ilə məşğul olan "Azneft"ə tabe idi. Odur ki, "Azneft" ilk növbədə özünün istehsal xidmət təyinatlı obyektlərinin enerji ilə təchiz edilməsinə maraq göstərirdi. Buna görə , Bakı Soveti şəhər elektrik şəbəkəsini "Azneft"in sərəncamından alıb öz tabeçiliyinə keçirmək üçün ciddi mübarizəyə başladı. Nəhayət, 1929-cu il oktyabrın 1-də Ümumittifaq Mərkəzi İcraiyyə Komitəsi Bakı Şəhər Elektrik Şəbəkəsinin Bakı Sovetinin tabeçiliyinə keçməsi barədə sərəncam verdi. Bundan sonra şəbəkə digər sahə obyektlərə xidmət göstərməyə başladı.

Həmin illərdə Bakı Şəhər Elektrik Şəbəkəsi böyük inkişaf yolu keçdi. İdarənin maddi-texniki bazası gücləndi, yeni elektrik yarımstansiyaları elektrikötürücü xətləri çəkildi, peşəkar kadr potensialı formalaşdı. Lakin bu sahədə mühüm quruculuq işlərinin görülməsi ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndər paytaxtın fasiləsiz dayanıqlı elektrik enerjisi ilə təminatına həmişə xüsusi diqqət yetirirdi. Bu qayğı nəticəsində Bakı Şəhər Elektrik Şəbəkəsi yenidən quruldu - çoxsaylı yarımstansiyalar tikildi, köhnə elektrik xətləri təzələri ilə əvəzləndi, paytaxtın fasiləsiz enerji ilə təminatında olan problemlər operativ aradan qaldırılmağa başlandı. İkinci dəfə xalqın tələbi ilə hakimiyyətə qayıdan ümummilli lider 1970-1980-ci illərdə ölkəmizin energetika sahəsində gördüyü işləri xatırlayaraq demişdir: "Hər dəfə elektrik stansiyası tikilməsi haqqında məsələ qoyarkən mənə deyirdilər ki, sənin nəyinə lazımdır? Bizdə SSRİ vahid elektrik enerjisi sistemi var... Bütün SSRİ-ni əhatə edən sistem var. Azərbaycana qədər elektrik enerjisi istəyirsinizsə, verək. Mən deyirdim, yox, istəyirəm, bizim özümüzünkü olsun. Niyə özümüzünkü olsun? Mən istəyirdim ki, müəyyən sahələrdə biz asılı olmayaq. Bu gün mən iftixar hissi ilə deyirəm ki, Azərbaycan elektrik enerjisi sahəsində asılı deyil. Özü həmin elektrik stansiyalarında elektrik enerjisi istehsal edir".

Müstəqillik qazandıqdan sonra bir daha ümummilli lider Heydər Əliyevin uzaqgörənliyinin şahidi olduq. Rusiya enerji amilindən istifadə edərək qonşu ölkələrə təzyiq göstərdiyi bir dövrdə Azərbaycan onunla bərabər tərəfdaş kimi elektrik enerjisi mübadiləsi aparırdı. Enerji sahəsindəki müstəqilliyimiz dövlət müstəqilliyimizin qarantı idi. Bir daha əmin olduq ki, ulu öndərin həmin illərdə uzaqgörənliklə həyata keçirdiyi enerji siyasəti dövlətimizin suverenliyinə xalqımızın rifahına xidmət edəcək.

Bu gün paytaxtı elektrik enerjisi ilə təmin edən "Bakıelektrikşəbəkə" Açıq Səhmdar Cəmiyyəti Prezident İlham Əliyevin 14 fevral 2005-ci il tarixdə təsdiq etdiyi "Azərbaycan Respublikasının yanacaq-enerji kompleksinin inkişafı (2005-2015-ci illər) üzrə Dövlət Proqramı"nın tələbləri səviyyəsində fəaliyyət göstərir. ASC dövlət proqramına uyğun olaraq istehlakçıları fasiləsiz dayanıqlı elektrik enerjisi ilə təmin etməklə yanaşı, itkilərin israfçılığın qarşısını almaq, həmçinin enerji haqlarının yığılmasını səmərəli təşkil etmək üçün tədbirlər görür. "Bakıelektrikşəbəkə" ASC-nin fəaliyyəti dövründə müasir elektrik avadanlıqları ilə təchiz edilən 9 yarımstansiya tikilib istismara verilib. Bu yarımstansiyaları qidalandırmaq üçün ümumi uzunluğu 50 kilometrə yaxın 2 dövrəli hava, şəhərin böyük bir hissəsini elektrik enerjisi ilə təmin edən "Dağlıq" yarımstansiyasına isə hər birinin uzunluğu 3,2 kilometr olan 6 kabel xətti çəkilib. Ötən dövr ərzində bir sıra yarımstansiyalarda yenidənqurma işləri də görülüb. Bunlardan əlavə, ASC tərəfindən 0,4 kV-lik elektrik şəbəkələrinin yenidən qurulması üçün özünüdaşıyan izolyasiyalı naqillərdən istifadə etməklə 1671 kilometr magistral, 1539 kilometr abonent xətləri və 41 mindən artıq dayaq quraşdırılıb istifadəyə verilib. Bu şəbəkədən elektrik enerjisi ilə təmin olunan abonentlərə 74,6 min elektron sayğac quraşdırılıb. Həmin işlər Səbail, Xətai, Yasamal, Nərimanov, Suraxanı, Qaradağ, Əzizbəyov, Binəqədi, Sabunçu rayonlarında, habelə şəhərətrafı kənd və qəsəbələrdə aparılıb və bu istiqamətdə işlər davam etdirilir. Məlumat üçün bildirək ki, özünüdaşıyan izolyasiyalı naqilli xətlərin əsas üstünlüyü elektrik paylayıcı xətlərin etibarlığını təmin etmək və istismar xərclərinə qənaət etməkdən ibarətdir.

Paylayıcı şəbəkədə aparılan əsaslı yenidənqurma, təmir-tikinti işləri, eləcə də istehlakçılara verilən elektrik enerjisinin uçotunun aparılmasında müasir texnologiyaların tətbiqi nəticəsində israfçılığın qarşısı alınıb, enerjinin az itki ilə istehlakçılara çatdırılmasında, satılan elektrik enerjisinin dəyərinin ödənilməsində, o cümlədən "Azərenerji"yə ödənişlərin səviyyəsində əsaslı irəliləyişə nail olunub. Şəbəkənin gücü 2006-cı illə müqayisədə 2009-cu ilin birinci yarımilliyində 37 faizə qədər artaraq 4186 MVA təşkil etmişdir. Görülən tədbirlər nəticəsində "Bakıelektrikşəbəkə" ASC üzrə texniki itkilərin səviyyəsi 2008-ci ildə 13,58 faiz olmuşdur.

Hazırda "Bakıelektrikşəbəkə" Açıq Səhmdar Cəmiyyətinin qarşısında duran əsas vəzifə paytaxtı dayanıqlı elektrik enerjisi ilə təmin etmək üçün dünya standartlarına uyğun avadanlıqlardan istifadə etməkdir. Bu məqsədlə ASC istifadəsində olan bütün texniki qurğuların müasir dünya standartlarına uyğunlaşdırılması üçün lazım olan addımlar atılır. Qarşıda isə bizi daha mühüm işlər gözləyir. Məqsədimiz ölkəmizin paytaxtını tam təhlükəsiz və dayanıqlı elektrik enerjisi ilə təmin etməkdir.

 

 

Baba RZAYEV,

"Bakıelektrikşəbəkə" ASC

idarə heyətinin sədri

 

Azərbaycan.- 2009.- 20 oktyabr.- S. 5.