Ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət

 

Azərbaycanda səfərdə olan Almaniyanın Bədbəxt Hadisələrdən Sosial Sığorta Təşkilatının icraçı direktoru, Beynəlxalq Sosial Təminat Assosiasiyasının komissiya sədri, Beynəlxalq Reabilitasiya Təşkilatının Avropa bölməsinin vitse-prezidenti İoakim Bröyerin başçılıq etdiyi nümayəndə heyəti oktyabrın 21-də Fəxri xiyabana gələrək müasir Azərbaycan dövlətinin memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad etmiş, məzarı önünə gül dəstələri qoymuşdur.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunmuş, məzarı üzərinə güllər düzülmüşdür.

Sonra qonaqlar Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarları üzərinə güllər düzmüşlər.

 

 

AzərTAc

 

Azərbaycan.- 2009.- 22 oktyabr.- S. 2.