Azərbaycanda İran İslam Respublikasının mədəniyyət həftəsi başlanmışdır

 

Oktyabrın 26-da Muzey Mərkəzində Azərbaycanda İran İslam Respublikasının (İİR) mədəniyyət həftəsinin açılışı olmuşdur. Qurani-Kərimdən ayə oxunmuş, "Nur" qrupunun ifasında dini mahnı ifa olunmuşdur.

İİR Prezidentinin müşaviri, Mədəniyyət İslami Əlaqələr Təşkilatının sədri, doktor Mehdi Müstəfəvi, İİR-in Azərbaycandakı səfiri, doktor Məmmədbaqir Bəhrami, Azərbaycan mədəniyyət turizm nazirinin müavini Ədalət Vəliyev tədbirin iki qonşu xalq arasında mədəni əlaqələrin genişlənməsinə gələcəkdə əməkdaşlığın daha da möhkəmlənməsinə yardımçı olacağını bildirmişlər. Mədəniyyət həftəsi çərçivəsində Həzrəti Məhəmməd peyğəmbərin nəslindən olan 8-ci İmam Rzanın mövludu (doğum günü) münasibətilə fotosərginin açılışı olmuşdur.

Fotosərgidə Fəraməz Qəhrəmani Cavad Pursəmədin həzrəti İmam Rzanın məqbərəsindən digər müqəddəs ziyarətgahlardan çəkdikləri 50-dən çox foto, habelə İranın rəssam tətbiqi sənət ustalarının əl işləri, dini kitablar nümayiş olunmuşdur.

Oktyabrın 27- mədəniyyət həftəsi çərçivəsində İran filmlərinin nümayişi olacaqdır.

 

 

AzərTAc

 

Azərbaycan.- 2009.- 27 oktyabr.- S. 1.