Nazirlər Kabinetində görüş

 

Oktyabrın 26-da Baş nazirin müavini Elçin Əfəndiyev İran Prezidentinin müşaviri, Mədəniyyət İslami Əlaqələr Təşkilatının sədri Mehdi Mustafəvinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.

İşgüzar şəraitdə keçən görüşdə Azərbaycan-İran mədəni əlaqələrinin daha da inkişaf etdirilməsi ilə bağlı məsələlər müzakirə olunmuş, bir sıra konkret tədbirlər müəyyənləşdirilmişdir.

Tərəflər son dövrdə Azərbaycan-İran mədəni əlaqələrinin inkişafından razılıqlarını bildirmişlər.

 

 

AzərTAc

 

Azərbaycan.- 2009.- 27 oktyabr.- S. 2.